Bir il ərzində rabitə sektoru üzrə gəlirlər 3,6 milyard manat olub

15:06 - 13.02.2025


13 fevral, Fineko/abc.az. Ötən il Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 3,6 milyard manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 11,7% çoxdur.