15:47 - 13.02.2025
13 fevral, Fineko/abc.az. Yanvarda qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
ABC.AZ xəbər verir ki, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,2 faiz, fərdi sahibkarlar üzrə 3,0 faiz, bazar və yarmarkalarda isə 3,6 faiz artıb.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 473,5 manatlıq, o cümlədən 257,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 215,7 manatlıq qeyri-ərzaq malları alıb.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025