16:49 - 13.02.2025
13 fevral, Fineko/abc.az. “Telegram” tərtibatçıları mesencerin video ilə işləmə keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş yeniləməsini işə salıblar.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin bloqunda bildirilib.
Hazırda daxili videopleyer daha funksional olub. O, baxışın dayandırıldığı yeri avtomatik yadda saxlayır və növbəti səsləndirmədə həmin andan davam edir.
Həmçinin istifadəçilər videodakı müəyyən anları “Telegram”dan kənar paylaşa bilərlər. Bunun üçün pleyerdəki “Paylaş” işarəsinə basıb, açılan pəncərədə qutuya işarə qoymaq lazımdır ki, səslənmə anına keçid əldə edilsin.
Bundan başqa, tərtibatçılar videonun istənilən kadrını üz qabığı kimi təyin etmək imkanı əlavə ediblər. Redaktorda xarici görünüşü yaxşılaşdırmaq üçün mətn, stikerlər və digər elementlər əlavə etmək olar.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025