Alimlər Türkiyə və İran arasında böyük geoloji parçalanma aşkar ediblər

16:51 - 13.02.2025


13 fevral, Fineko/abc.az. Bir qrup alman alimi, Türkiyənin cənub-şərqindən İranın şimal-qərbinə qədər təxminən 1500 kilometr uzanan nəhəng bir geoloji parçalanma aşkar ediblər.

ABC.AZ xəbər verir ki, kəşf İraqdakı Zaqros dağ sisteminin son 20 milyon ildə Yer səthinə təsiri ilə bağlı bir araşdırma zamanı edilib. Tədqiqatçıların fikrincə, parçalanma qədim Tetis okeanında okean plitəsinin qalıqlarının aşağı enməsi və Yer qabığında əhəmiyyətli çökmə zonaları yaratması səbəbindən meydana gəlmişdir.

"Bölgəni aşağı çəkməyə davam edir. Çat Türkiyədən İraqa təqvimdən qoparılan bir səhifə kimi yayılır", — araşdırmaya rəhbərlik edən Höttingen Universitetindən professoru Renas Koşnau deyib.
Şimaldakı bölgə subduksiya zonası kimi təsnif edilir, Ərəb plitəsi isə cənubda yerləşir. Aralarındakı sərhəd, aktivləşdirildikdə güclü zəlzələlərə səbəb ola biləcək Bitlis-Zaqros hərəkət kəməridir.