17:07 - 13.02.2025
13 fevral, Fineko/abc.az. Hindistanlı milyarder Mukeş Ambani 20 ən varlı ailənin siyahısına başçılıq edib.
ABC.AZ xəbər verir ki, buraya Hindistan, Tayland, Çin, İndoneziya, Malayziya və digər ölkələrin ən varlı ailələri daxil olub. Hindistanın ən böyük sənaye konqlomeratlarından biri olan Reliance Industries-ə sahib olan Ambani klanı 90,5 milyard dollarlıq maliyyə aktivləri sayəsində siyahıda birinci yeri tutub.
"İyirmilikdə" ikinci yerdə, Charoen Pokphand şirkətinin qida məhsulları istehsalı üzrə qrupuna sahib olan və Asiyada Telekommunikasiya Biznesinə rəhbərlik edən 42,6 milyard dollar sərvəti olan Taylandın Çeravanont ailəsi qərarlaşıb. Reytinqdə üçüncü yeri tutan indoneziyalı bankir Hartononun ailəsi 42,2 milyard dollar kapitala sahibdir. Ambani ilə yanaşı, Bloomberg siyahıya daha altı Hindistanlı milyarder ailəsini də daxil edib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025