Yanvarda içki və tütünə 230,3 milyon manat xərclənib

17:31 - 13.02.2025


13 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 230,3 milyon manatlıq içki və tütün məlumatları satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar ayına nisbətən 0,7% çoxdur.

Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,7% faizi içki və siqaretin alınmasına sərf olunub.