10:04 - 14.02.2025
14 fevral, Fineko/abc.az. Hər bir ölkənin sığorta sektoru iqtisadi sabitliyi qorumağa köməklik edir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Maliyyə dayanıqlılığına həsr olunmuş tədbirdə bildirib.
O sığorta sektorunun inkişafından danışarkən qeyd edib ki, ötən il Azərbaycanın sığorta bazarı 1 milyard 353 milyon təşkil edib.
"Əlbəttə bu sevindirici haldır. Biz sığorta sektoru olaraq maliyyə sahəsi ilə daha sıx əməkdaşlıq etdikcə bazar da genişlənir, böyüyür. Burada bir çox amillər də xüsusi rol oynayır. Belə ki, yeni elektron həllərin tətbiqi sektoru müştərilər üçün daha əlçatan edir. Bunlar arasında təkmilləşdirilmiş mobil "app"lar, süni intellektin adını da çəkmək lazımdır".
Müəllif: Elmir Murad
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025