10:15 - 14.02.2025
14 fevral, Fineko/abc.az. Mərkəzi Bankın (AMB) ötən ilin əvvəlində təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində əldə edilmiş nailiyyətlər ölkə iqtisadiyyatı və maliyyə sektoru üzrə beynəlxalq təşkilatların apardığı qiymətləndirmələrin pozitiv nəticələrində öz əksini tapıb.
ABC.AZ xəbər verir ki, bunuMərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Torğul Əliyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Qarşıdakı strateji dövrdən danışan AMB rəsmisi qeyd edib ki, səmərəli fəaliyyət və reytinqlərlə bağlı uğurlu tendensiya davam edəcək.
T.Əliyevin sözlərinə görə, maliyyə sektorunun inkişafı üzrə strateji təşəbbüslər əsasən dörd mühüm prioriteti əhatə edir:
"Bunlardan birincisi maliyyə sektorunun, institutlarının, bazarlarının və infrastrukturunun sabitliyinin təmin edilməsi üzrə təşəbbüslərdir. Bu istiqamətdə, ötən il AMB prudensial tənzimləmə çərçivəsinin modernizasiyasını davam etdirib, banklarda korporativ idarəetmə standartlarına yenidən baxb, bununla bağlı gələcək vizyonu əks etdirən tövsiyələr qəbul edib, sığorta və investisiya şirkətləri üçün korporativ idarəetmə standartları tətbiq edb. Risklərin idarə edilməsi və effektiv nəzarət məsələlərinə hər zaman olduğu kimi xüsusi önəm verilib, “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” və “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” təsdiq edilib. Bu istiqamətdə banklarda ekoloji risklərin idarə edilməsi, əməliyyat risk menecmenti və s. sahələr üzrə tənzimləmələrin tətbiqinə start verilib. Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə dair yeni qaydalar qəbul olunub. Sığorta sahəsi üzrə risklərin xaricə ötürülməsi habelə, katastrofik risklərin təkrarsığortalanması ilə bağlı tələblər müəyyən edilib, sığortaçıların dayanıqlı təkrarsığorta siyasəti formalaşdırılıb".
Müəllif: Elmir Murad
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025