10:21 - 14.02.2025
14 fevral, Fineko/abc.az. Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol Azərbaycandan olan müştərilərinin 2024-cü il üzrə alış-veriş məlumatlarını paylaşır.
ABC.AZ şirkətə istinadla xəbər verir ki, ötən il ərzində Trendyol Azərbaycana 20 milyondan çox məhsul göndərib. Müştərilərin ən çox sifariş etdiyi məhsullar qadın geyimləri, idman ayaqqabısı, kosmetika və dəriyə qulluq vasitələri və ev və mətbəx əşyaları olub. ‘’Trendyol’’dan ən çox sifariş olunan məhsullar arasında geyim 60%-dən yuxarı olmaqla yenə də birinci yeri tutub.
İl ərzində 500 milyondan çox ziyarət edilən Trendyol platformasının gündəlik aktiv istifadəçilərinin sayı 788 min nəfər təşkil edib.
Ən çox alış-veriş edənlər Bakı, Abşeron, Sumqayıt sakinləridir.
Ötən il Azərbaycandan bu platforma vasitəsilə sifariş edən müştərilərin 70%-i qadınlar olub.
Hazırda “Trendyol”un Azərbaycanda 2 milyondan çox müştərisi var.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025