Ötən il bank sektorunun məcmu kapitalı 6,2 milyard manata çatıb

10:31 - 14.02.2025


14 fevral, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanın bank sektorunun məcmu kapitalı artıb.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

O qeyd edib ki, sözügedən dövrdə sektorun məcmu kapitalı 0,6 milyard manat və yaxud 10,8% artaraq 6,2 milyard manata çatıb.

Onun sözlərinə görə, sektorun kapital adekvatlığı 17,6% olmaqla minimum requlyativ tələbi 1,7 dəfə üstələyib.

"Hesabat ilinin sonuna bank sektorunun likvid aktivləri 14,2 milyard manat olmaqla cəmi aktivlərin 26,9%-ni təşkil edib. Ani likvidlik əmsalı 51,9% (minimum normativ 30 %) olmaqla minimum tələbi 1,7 dəfə üstələyib. Sektor üzrə məcmu likvidliyin örtülmə əmsalı 150,1%, xarici valyuta üzrə isə 178% olmaqla, requlyativ tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tələb sistem əhəmiyyətli banklar üçün 90%, digər banklar üçün 80%-dir", - deyə Z.Nuriyev qeyd edib.