31 şirkət müvafiq lisenziya almaq üçün Mərkəzi Banka müraciət edib

10:45 - 14.02.2025


14 fevral, Fineko/abc.az. İndiyə qədər Azərbaycanın ödəniş bazarında fəaliyyət göstərən 31 şirkət müvafiq lisenziya almaq üçün Mərkəzi Banka müraciət edib.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

O çıxışında bildirib ki, 31 müraciətdən 8-nə hələ ki, lisenziya verilməyib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 23-ə çatıb. Lisenziyalar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə Mərkəzi Bankdan bəyan edilib.