Azərbaycan xarici bazarlara nar ixracını artırıb

11:37 - 14.02.2025


14 fevral, Fineko/abc.az. 2025-ci ilin ilk ayında Azərbaycandan xarici bazarlara nar ixracının həcmi artıb.

ABC.AZ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yanvar ayında ölkəmizdən 2,014.7 min dollar dəyərində 2,278.0 ton nar ixrac olunub.

Nar ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 33,3 faiz, həcm olaraq 35,3 faiz artıb.