Azərbaycanın xarici işlər naziri Çexiyanın Bakıdakı yeni səfirini qəbul etdi

17:22 - 10.09.2018


10 sentyabr, Fineko/abc.az. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Bakıdakı yeni səfiri Milan Ekerti qəbul edib.

XİN-in məlumatında deyilir ki, Çexiyanın Bakıdakı yeni səfiri Milan Ekert  bazar ertəsi günü etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova  təqdim etdi.

“Elmar Məmmədyarovla Çexiyanın Bakıdakı səfiri Milan Ekertin görüşündə ölkələr arasındakı münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi sahədə və turizm sahələrində əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensial müzakirə olunmuşdur”, - məlumatda belə deyilir.

Milan Ekert qeyd edib ki, Azərbaycan regionda Çexiyanın strateji tərəfdaşıdır.

Elmar Məmmədyarov öz növbəsində Çexiya səfirinə fəaliyyətində uğurlar arzulayıb.

 

Bütün xəbərlər