12:02 - 14.02.2025
14 fevral, Fineko/abc.az. Bank olmayan ödəniş xidməti təşkilatçıları - elektron pul və ödəniş təşkilatları üzrə əlavə fəaliyyət növlərinə dair tələblərə yenidən baxılması gələcək innovativ inkişafın mühüm amillərindən biridir.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda deyib.
O qeyd edib ki, bu təşkilatlara banklar üçün cəlbedici hesab edilməyən, lakin fintexlərin daha çevik reaksiya verə biləcəyi sahələrdə texniki xidmət təchizatçısı kimi çıxış etmək imkanı verilməsi ödəniş bazarında daha şaxəli inkişafa səbəb ola bilər.
"İnnovativ inkişafın təməl prinsiplərindən olan maliyyə inklüzivliyi sahəsində rəqəmsal həllər daha səmərəli formada tətbiq edilməlidir", - deyə o bildirib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025