Yeni qaydaları sayəsində 2025-ci ildə BOKT-ların aktivləri daha da artacaq gözləyirik

12:18 - 14.02.2025


14 fevral, Fineko/abc.az. Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin tənzimlənməsi qaydalarına edilən dəyişikliklər ölkədə yeni maliyyə məhsullarının inkişafına gətirib çıxaracaq.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev Azərbaycan Maliyyə Forumunda çıxışında deyib.

O qeyd edib ki, BOKT-ların aktivləri 2024-cü ilin sonuna 1 milyard manata çatıb.

"Bu da 2020-ci illə müqayisədə 3 dəfədən çox, keçən illə müqayisədə isə 24% çox deməkdir. Mərkəzi Bankın kredit təşkilatlarının inkişafının dəstəklənməsinə yönəlmiş yeni qaydaları sayəsində 2025-ci ildə daha da artım gözləyirik. Bundan əlavə, BOKT-ların nizamnamə kapitalı 2020-ci ildəki 141,4 milyon manatdan 2024-cü ilin sonuna 456,4 milyon manata yüksəlib. Sektorun xalis mənfəəti 231 milyon manat, verilən kreditlərin ümumi həcmi isə 800 milyon manatı ötüb", - deyə C.Əliyev vurğulayıb.

Müəllif: Elmir Murad