12:28 - 14.02.2025
14 fevral, Fineko/abc.az. Türk İnvestisiya Fondu ölkələrimiz arasında işbirliyinin stimullaşdırılmasında mühüm rol oynaya bilər.
ABC.AZ Azərtaca istinadla xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev məlumat verib.
Onun sözlərinə görə, ticarətin və sahibkarlığın inkişafı, regional layihələrin, xüsusilə mikro, kiçik və orta müəssisələrin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından geniş perspektivlər vəd edən fondun nizamnamə kapitalı 600 milyon dollardır.
“Türk İnvestisiya Fondunun təsisçi ölkələrindən biri kimi biz bu fondun türk dövlətləri arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacağına inanırıq. Fondun imkanlarından maksimum istifadə edərək, ortaq layihələr və innovativ təşəbbüslərlə iqtisadi inteqrasiyamızı daha da dərinləşdirməyə çağırırıq. Bu əməkdaşlıq sayəsində biz türk dövlətlərinin iqtisadi potensialını tam şəkildə reallaşdıraraq qlobal bazarlarda daha güclü mövqe tuta bilərik”, - deyə nazir müavini əlavə edib.
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025