14:16 - 14.02.2025
14 fevral, Fineko/abc.az. MDM-in 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasında rəqəmsalaşma səviyyəsinin artırılması əsas fəaliyyət göstəricilərindəndir.
ABC.AZ xəbər verir ki, bunu Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, birinci MDM kapital bazarı ekosisteminin əhəmiyyətli institutu olaraq dayanıqlı infrastrukturun formalaşdırılmasında yeni rəqəmsal həlləri prioritet olaraq müəyyən edib.
"Müvafiq istiqamətdə, depo hesablarının açılması üçün yeni arxitektura formalaşdırılıb. Belə ki, API vasitəsilə müştərilərə depo hesabların məsafədən açılması təmin edilib. Bu funksionallıq geniş investor kütləsinə mobil tətbiq vasitəsilə MDM-in depozitar sistemində hesab açmaq imkanı yaradıb. 1997-ci ildən 2023-cü ilin sonuna kimi MDM-də mövcud olan depo hesabların sayı 121 610 təşkil etmişdirsə 2024-cü ilin sonunda bu rəqəm 160 545 olub. Aktiv depo hesabların sayı isə müvafiq olaraq 2023-cü ilin sonuna 75 024 təşkil etmişdirsə 2024-cü ilin sonunda 105 552 olub" -deyə A.Xudaverdiyev bildirib.
Müəllif: Elmir Murad
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025