14:56 - 14.02.2025
14 fevral, Fineko/abc.az. Ümumi gücü 8 meqavat olan basqılı derivasiya tipli “Güləbird” Kiçik Su Elektrik Stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək 69,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə ABC.AZ Energetika Nazirliyinnə istinadla xəbər verir.
Qeyd edilir ki, 4 il əvvəl fevralın 14-də Laçın rayonunda Həkəri çayının üzərində yerləşən
“Güləbird” Kiçik Su Elektrik Stansiyası bərpadan sonra istifadəyə verilib.
Kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025