ASCO yükdaşıma göstəricilərini açıqlayıb

16:39 - 14.02.2025


14 fevral, Fineko/abc.az. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə 2025-ci ilin ilk ayı üzrə yükdaşıma göstəricilərində artım qeydə alınıb.

ABC.AZ ASCO-ya istinadla xəbər verir ki,  2024-cü ilin yanvarında 60 min 196 ton quru yük daşınmışdısa, bu göstərici 2025-ci ilin eyni ayında 180 min 506 tona yüksəlib, yəni 200,65 faiz artım baş verib.

Ötən ilin yanvarında 328 min 533 ton tanker yük daşınmışdısa, cari ilin eyni dövründə bu rəqəm 359 min 362 tona çatıb. Artım 9,38 faizdir.

Vaqon daşımalarında isə 2,76 faizlik artım baş verib. 2024-cü ilin yanvarında 2 min 688 vaqon, 2025-ci ilin eyni ayında 2 min 762 vaqon daşınıb.

2024-cü ilin ilk ayında 2 min 980 TIR daşınmışdısa, 2025-ci ilin yanvarında bu rəqəm 4 min 139-a çatıb. Nəticədə 38,88 faizlik artım qeydə alınıb.