Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb

17:22 - 14.02.2025


14 fevral, Fineko/abc.az. Cari ilin yanvar ayında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 111 milyon 631 min 700 manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Bu barədə ABC.AZ Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Ticarət şəbəkəsində 57 milyon 267 min 100 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 54 milyon 364 min 600 manatlıq qeyri-qida məhsulları satılıb.