Onlayn nəzarət-kassa aparatları üzrə dövriyyə artıb

17:25 - 14.02.2025


14 fevral, Fineko/abc.az. Cari ilin yanvar ayında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 20,9 milyon manat olub ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 16 faiz çoxdur.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 104.491 ədəd yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb.