Uorren Baffetin şirkəti ABŞ-ın ən böyük banklarında paylarını azaldıb

10:18 - 17.02.2025


17 fevral, Fineko/abc.az. Uorren Baffetin “Berkshire Hathaway” şirkəti 2024-cü ilin son üç ayında ABŞ-nin ən böyük banklarından bəzilərində paylarını azaldıb.

ABC.AZ xəbər verir ki, sözügedən azalma İnvestisiya şirkətinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərdə də özünü göstərib. Belə ki, “Berkshire Hathaway” ilin son rübündə “Citigroup”da payının 73%-ni satıb.

Şirkət həmçinin “Bank of America” səhmlərini satmağı da dayandırmayıb.

Üç ay ərzində o, bankın 95 milyon səhmini sataraq, payını 8.9%-ə endirib. Konqlomerat bank qrupunun 1.7 milyon səhmini sataraq “Capital One”dakı payını demək olar ki, 20% azaldıb.

Müəllif: Elmir Murad