Bakıda yeni 3 lizinq şirkət yaradılıb

10:36 - 17.02.2025


17 fevral, Fineko/abc.az. Bakıda üç yeni lizinq şirkəti təsis edilib.

ABC.AZ xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “AVTOPRİME LİZİNQ” Məhdud Məsuliyyətli Cəmiyyətini, “Alfa Lizinq-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti və “İNTER LİZİNQ” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alınıb. “AVTOPRİME LİZİNQ” 100 manat nizamnamə kapitalı ilə Anar Hətəmov Saleh oğlu ona rəhbərlik edəcək.

“Alfa Lizinq-İnvest” MMC 100 manat nizamnamə kapitalı Bakı şəhəri Nəsimi rayonu, İzzət Həmidov, ev 7, M. 14 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin direktoru Vüqar Qasımov Zakir oğludur.

“İNTER LİZİNQ” MMC Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi, ev 136p, m. 38 ünvanında 100 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin direktoru Rəşad Cəfərov Tofiq oğludur.