10:40 - 17.02.2025
17 fevral, Fineko/abc.az. Bazar ertəsi hərracda etalon markaların qiyməti artır.
Brent markalı neftin aprel fyuçersi ICE Futures birjasında saat 10:31-də $0,20 (0,27%) artaraq bir barel üçün $74,94-a yüksəlib. Fevralın 14-də keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersləri $0,28 (0,37%) azalaraq bir barelə $74,74-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçersləri saat 10:31-də $0,09 (0,13%) artaraq bir barelə $70,83-a çatıb. Fevralın 14-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $0,55 (0,77%) ucuzlaşaraq bir barelə $70,74-a düşüb.
Ötən həftə Brent markalı neftin qiyməti 0,11% artıb, WTI isə 0,37% azalıb.
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025