11:02 - 17.02.2025
17 fevral, Fineko/abc.az. “Toyota Motor” korporasiyası yeni yanacaq elementləri sisteminin hazırlandığını açıqlayıb.
ABC.AZ xəbər verir ki, Şirkətin öz təsnifatına görə, bu sistem üçüncü nəslə aiddir.
Yeni enerji qurğuları yük və sərnişin daşımaları üçün, həmçinin stasionar elektrik generatorları kimi istifadə üçün nəzərdə tutulub. İstehsalçının bildirdiyinə görə, bu sistem əvvəlkiləri hər cəhətdən üstələyir.
“Toyota”nın yeni elektrokimyəvi generatoru əvvəlkindən daha yüngül, daha etibarlı və daha effektivdir. İstehsalçı qeyd edir ki, onun davamlılığı iki dəfə artıb və indi istismar müddətinə görə dizel enerji qurğuları ilə müqayisə oluna bilər. Yanacaq səmərəliliyi 1,2 dəfə, təmin olunan məsafə isə 20% artıb. Yanacaq elementlərinin dizaynında innovasiyalar və istehsal proseslərinin optimallaşdırılması sayəsində maya dəyəri də azadılıb.
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025