Azərbaycanın bank sektoru barədə beynəlxalq agentlikdən proqnoz

12:07 - 17.02.2025


17 fevral, Fineko/abc.az. “S&P Global” beynəlxalq reytinq agentliyi Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın bank sektorlarının 2024-cü ildə olduğu kimi 2025-ci ildə də dayanıqlılığını qoruyub saxlayacağını proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, reytinq agentliyinin proqnozuna görə, kreditləşmənin ikirəqəmli artımı (15 %) və aktivlərin sabit keyfiyyəti regionda bankların kapitalının rentabelliyini və səviyyəsini dəstəkləməyə davam edəcək.

Agentliyin qiymətləndirməsinə görə, bu ölkələrdə bank tənzimlənməsi, nəzarət və korporativ idarəetmə əhəmiyyətli dərəcədə inkişaf etsə də, inkişaf etmiş bazarlarla müqayisədə daha az şəffaf və proqnozlaşdırıla biləndir. Qazaxıstan və Azərbaycanda tənzimləyici nəzarət son illərdə əhəmiyyətli dərəcədə güclənib. Eyni zamanda, Gürcüstanda bank nəzarəti regionda ən qabaqcıl hesab edilsə də, ölkədə demokratik standartların azalması tənzimləyicinin müstəqilliyinə mənfi təsir göstərə bilər. (Report)