Azərbaycanın yetkin əhalisinin 70%-nin artıq bank hesabı var - Taleh Kazımov

14:02 - 17.02.2025


17 fevral, Fineko/abc.az. Maliyyə inklüzivliyi Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan iqtisadiyyatlarda əsas qlobal mövzulardan biri olaraq qalır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Ər-Riyadda keçirilən “İnkişaf etməkdə olan bazar iqtisadiyyatları üçün Əl-Ula” adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yetkin əhalisinin 70%-nin artıq bank hesabı var ki, bu da qısa müddətdə mühüm nailiyyətdir. Lakin AMB-nin xüsusilə monetar siyasət və maliyyə sabitliyi sahəsində üzləşdiyi çağırışlar qalmaqdadır.

“Bank aktivlərinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 42% təşkil edir ki, bu da iqtisadiyyatın bank sektoru ilə kifayət qədər əhatə olunmadığını, lakin böyük artım potensialının olduğunu göstərir. Bu gün banklar ölkədəki bütün maliyyə aktivlərinin təxminən 95%-nə nəzarət edir. Digər problem dövriyyədə olan nağd pul vəsaitlərinin yüksək səviyyədə olmasıdır: M0 göstəricisi M2-nin (geniş mənada pul kütləsi) 43%-ni təşkil edir”, – AMB sədri qeyd edib.