Sahibkarlar daha bir il yoxlamadan kənar qaldı

14:23 - 17.02.2025


17 fevral, Fineko/abc.az. Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.

Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.