Şəxs vəfat edərsə, krediti kim ödəməlidir?

14:46 - 17.02.2025


17 fevral, Fineko/abc.az  Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilir.

İşin hallarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı borcalana 45 ay müddətinə illik 25% dərəcəsi ilə 12.000 manat məbləğində kredit verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdələrinə götürüblər.

Həmçimin iki şəxs borcalan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün zamin durub. Lakin cavabdeh 1 il sonra vəfat edib. 30 iyul 2022-ci il tarixli maliyyə arayışına görə müqavilə üzrə cəmi 7.887 manat borc yaranıb.

Sonra iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,
cavabdehlərdən 7 min 887 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

İddianın əsaslarına görə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-
cu il tarixli Fərmanının icrası ilə bağlı iddiaçı tərəfindən varis və zaminlərə kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması və bununla bağlı banka müraciət edilməsi təklif edilib. Buna baxmayaraq, borclu varis və zaminlər təklifi qəbul etməyib və fərmandan irəli gələn güzəştlərdən istifadə etməyiblər.