Qida təhlükəsizliyini pozanlar cərimələnəcək

15:19 - 17.02.2025


17 fevral, Fineko/abc.az. Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr dəyişib.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək.