“Şirvan Araz Zavodu” MMC-nin dövlətə 14 milyon manatdan çox borcu var

16:28 - 17.02.2025


17 fevral, Fineko/abc.az. “Şirvan Araz Zavodu” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər belə deməyə əsas verir.

Məlumata əsasən, “Şirvan Araz Zavodu” MMC-nin vergi borcu 14 116 479.52 manatdır. Bu vergi borcu 16.02.2024-cü il tarixinə olan məlumatdır.

2006-cı ildən Əli Bayramlı Araz zavodu kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Zavod 2009-cu ilin iyun ayından etibarən Şirvan “Araz” zavodu adı altında fəaliyyətini davam etdirir.