16:33 - 17.02.2025
17 fevral, Fineko/abc.az. Amerikanın Microsoft korporasiyası Polşadakı Məlumat Mərkəzinin genişləndirilməsi üçün 700 milyon dollar ayıracaq.
ABC.AZ xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Varşavada Microsoft prezidenti Brad Smith ilə görüşdən sonra jurnalistlərə bildirib.
"Təxminən 3 milyard PLN, daha doğrusu 700 milyon dollar və ya valyutamız baxımından 2 milyard 800 milyon dollar - bu, Microsoft rəhbərliyinin bu gün təsdiqlədiyi sərmayədir", — deyə Tusk mətbuat konfransında deyib.
Microsoft rəhbəri, öz növbəsində, Polşa Rəqəmsal Vadisi layihəsinin ikinci mərhələsindən bəhs etdiyini, infrastrukturun yaradılması işlərinin 2026-cı ilə qədər davam edəcəyini izah edib. O, həmçinin qeyd edib ki, layihə çərçivəsində hesablama gücü Polşa ordusu ilə qarşılıqlı əlaqədə kibertəhlükəsizliyin gücləndirilməsi üçün istifadə olunacaq.
2020-ci ildə Microsoft Polşa Rəqəmsal Vadisi layihəsinə 1 milyard dollar sərmayə qoymuşdu. 2023-cü ildə şirkət Varşava yaxınlığında mərkəzi və Şərqi Avropa bölgəsində ilk bulud məlumat emalı mərkəzini açmışdı.
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025