Prezident onu vəzifəsindən azad etdi - Sərəncam

17:12 - 17.02.2025


17 fevral, Fineko/abc.az. Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 58 yaşlı A. Qasımov 2004-cü ildən sözügedən vəzifəni icra edirdi.