Azot gübrəsinin ixracı 56 faiz artıb - Əsas alıcımız Ukraynadı

17:25 - 17.02.2025


17 fevral, Fineko/abc.az. Azərbaycan cari ildə azot gübrəsinin xammalı sayılan təbii qazın ixracdakı qiymətlərinin ucuzlaşması şəraitində istehsalın həcmini artırdığı kimi, xaricə satışını illik müqayisədə 56 faiz yüksəldib.

ABC.AZ xəbər verir ki, keçən il xaricə 564.92 min ton həcmində azot gübrəsi ixrac edib və bu ixracın dəyəri 126.22 milyon dollar təşkil edib.

İxracın əsas payı Ukraynanın payına düşür. Keçən il ərzində Ukraynaya 282.24 min ton həcmində karbamid ixrac edilib və bunun da dəyəri 63.28 milyon dollar olub.