Bakıda piyadalar üçün səkilər qurulacaq

17:33 - 17.02.2025


17 fevral, Fineko/abc.az. Səkilər şəhər infrastrukturunun ayrılmaz hissəsidir. Son illərdə bu sahədə xeyli işlər görülsə də, hələ də bəzi nöqsanlar mövcuddur. Bakı Şəhər İcra Hakimiyyətində səkilərin salınması zamanı ərazinin xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı xüsusi proqram hazırlanır.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, fiziki məhdudiyyətləri olan şəxslər, uşaq arabaları üçün müyəssər səkilər salınır, bəzi yerlərdə isə maneələr aradan qaldırılır:

“Həmçinin mümkün olan yerlərdə piyada səkilərinin üzərində tikilmiş maneələrin sökülməsi nəzərdə tutulub. Son yeniliklərdən biri yeni piyada səkilərinin salınması zamanı asfalt və sürüşkən səthlərdən imtina edilməsi olub. Bakı iqlimini nəzərə alaraq bu addım sərnişinlərin təhlükəsizliyinə hesablanıb”.