Yanvarında Azərbaycan 3.46 milyon ton xam neft ixrac edib

10:02 - 18.02.2025


18 fevral, Fineko/abc.az. Azərbaycan 2025-ci ilin yanvarında 3.46 milyon ton və ya 26 milyon barelə yaxın həcmində xam neft ixrac etməklə son altı ayın ən iri həcmli ixracını həyata keçirib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neftin ixrac həcmi sonuncu dəfə 2024-cü ilin iyun ayında aylıq ixrac 3 milyon tonu aşmışdı.

Xaricə satılmış xam neftin dəyəri isə 1.9 milyard ABŞ dolları təşkil edib.

İxracın həcmi aylıq dinamika ilə müqayisədə 70 faiz, ötən ilin yanvarı ilə müqayisədə isə 2 dəfədən çox artıb.

Hesabat dövründə xam neftin 1.69 milyon tonu İtaliyaya satılıb.