Mobil operatorların ötən ayda qazandığı gəlirləri açıqlanıb

10:31 - 18.02.2025


18 fevral, Fineko/abc.az. İnformasiya və rabitə sahəsində  fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5.8% faiz artaraq 273.5 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə rəsmi statistik göstəricilərində qeyd edilib. Məlumata görə, bu xidmətlərin 73 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 37.7 faizi və ya 103.2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.