Ödənişli yollardan istifadə edənlər "Sürətli Keçid Kartı"nı belə doldurmalıdır

10:38 - 18.02.2025


18 fevral, Fineko/abc.az. Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın balansını onlayn artırmaq mümkün olub.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilib.

Məlumata görə, prosedur aşağıdakı kimidir:

1. www.odenisliyol.az rəsmi internet səhisəsinə daxil olun.

2. “Balans artırma” bölməsini seçin.

3. Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş.

4. “Mənim səhifəm” bölməsindən “Etiket vəziyyəti” alt bölməsinə keçid edin.

5. “Balans artırma” bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.

Kartın balansını satış məntəqələrində də artırmaq mümkündür.