10:56 - 18.02.2025
18 fevral, Fineko/abc.az. Xarici ölkə vətəndaşı müvəqqəti yaşamaq icazəsi olmadan yalnız xarici pasportla VÖEN ala bilərmi?
Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək “Fiziki şəxsin uçotu haqqında ərizə” və həmin ərizəyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti ilə yaşadığı yer üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alına bilər.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq, etməli olduqları hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025