Yanvarda bu məhsulların idxalına görə Azərbaycandan 18 milyon dollar pul çıxıb

14:20 - 18.02.2025


18 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvarında Azərbaycana 18 milyon 106 min dollar dəyərində 2 601.80 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin eyni ayında isə Azərbaycana 5 milyon 442 min dollar dəyərində 1 022.47 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 2.5 dəfə, dəyər ifadəsilə 3.3 dəfə artıb.