14:36 - 18.02.2025
18 fevral, Fineko/abc.az. İran Xəzəryanı öləlkər arasında birgə azad ticarət zonalarının yaradılmasını təklif edir.
ABC.AZ xəbər verir ki, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza Arif bu gün Tehranda keçirilən Xəzəryanı Ölkələrin baş nazirlərinin 3-cü İqtisadi Forumunda deyib.
Onun sözlərinə görə, bütün tərəflər belə zonaların yaradılması istiqamətində müzakirə apararaq yekun nəticəyə gələ bilərlər.
“İnanırıq ki, Xəzəryanı ölkələr arasında əməkdaşlıq və beş dövlətin qərarı ilə birgə azad ticarət zonalarının yaradılmasına imkan yaranacaq. İran tərəfi Xəzəryanı ölkələrdə azad ticarət zonalarının yaradılması istiqamətində rəsmi şəkildə sahilyanı ölkələrə əməkdaşlıq anlaşmasının ilkin mətnini göndərib”, – deyə o qeyd edib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025