Azərbaycanın ilk insansız platforması ora olacaq

15:06 - 18.02.2025


18 fevral, Fineko/abc.az. Şahdəniz Kompressiya platforması digər doqquz platformadan fərqli olaraq, ilk insansız platforma olacaq.

ABC.AZ xəbər verir ki, bunu layihə meneceri Elşad Məhərrəmli deyib.

“Bu platformada həm xərcləri azaltmaq, həm də yeni texnologiyalardan istifadə edərək, bir ilki Azərbaycana gətiririk. İldə iki dəfə 6 aydan bir olmaqla, 15 gün işçilər gəlib texniki işləri həyata keçirəcək. Gəmi vasitəsilə gələrək, texniki xidməti yerinə yetirəcək. Burada helikopterlərlə giriş də nəzərdə tutulmayıb.

Gəmilərin çarpışması riskinin qarşısını alınması məqsədilə platforma sərhədində 500 metrlik qadağan olunmuş zona yaradılıb.

Bu layihədə sıxışdırılmış qazın hazırkı boru kəmərlərinə birləşdirilməsi nəzərdə tutulur. Hazırkı kəmərlərdən istifadə edərək, qazı Səngəçal terminalına yollayacağıq”, – o əlavə edib.