16:48 - 18.02.2025
18 fevral, Fineko/abc.az. Fevralın ortalarında Ankarada Qırğızıstanda texnoparkın tikintisinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
ABC.AZ xəbər verir ki, danışıqlarda Qırğızıstan Respublikası İqtisadiyyat və ticarət nazirinin müavini İsgəndər Asılkulov, Qırğızıstanın Türkiyədəki Ticarət Nümayəndəliyinin nümayəndələri, həmçinin Türkiyənin iri texnoparklarından biri olan "Bilkent CYBERPARK"ın baş direktoru Faruk İnaltekin iştirak ediblər. Tərəflər Qırğızıstanda təhsil və texnologiyanın inkişafına yönəlmiş texnoparkın yaradılması perspektivlərini müzakirə ediblər.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025