09:51 - 19.02.2025
19 fevral, Fineko/abc.az. Çərşənbə günü ticarətdə etalon markaların qiymətləri yüksəlir.
Brent markalı neftin aprel ayı üçün fyuçersi ICE Futures birjasında saat 09:25-də $0,14 (0,18%) artaraq bir barel üçün $75,98-a yüksəldi. Fevralın 18-də keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersləri $0,62 (0,82%) artaraq bir barel üçün $75,84-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçersləri saat 09:25-də $0,17 (0,24%) artaraq bir barel üçün $72,02-a yüksəldi. 18 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $0,52 (0,73%), bir barel üçün $71,85-a yüksəldi.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025