10:50 - 19.02.2025
19 fevral, Fineko/abc.az. İstanbulun Asiya hissəsindəki İstanbul Beynəlxalq Hava Limanı (IST) və Sabiha Gökçen hava limanı (SAW) qarşıdakı günlərdə gözlənilən qar yağışı səbəbindən bəzi uçuşları ləğv edəcək.
ABC.AZ xəbər verir ki, ləğvlərin əksəriyyəti Sabiha Gökçen hava limanına aid olacaq.
"İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, 19 fevral 2025-ci il tarixində İstanbul hava limanına (IST) daxil olan və gedən bəzi reyslərimiz ləğv edilib", — Türk Hava Yolları mətbuat xidmətinin rəhbəri Yəhya Üstün X sosial şəbəkəsində yazıb.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025