Moldovada yeni enerji naziri təyin edildi

11:12 - 19.02.2025


19 fevral, Fineko/abc.az. Moldovanın yeni energetika naziri Dorin Jungiyetu oldu. Bu barədə prezident Maya Sandu fərman imzalayıb. 

ABC.AZ xəbər verir ki, çərşənbə günü səhər Enerji Departamentinin yeni rəhbərinin andiçməsi keçirilib.

Ötən gün Jungiyetunun enerji naziri vəzifəsinə namizədliyini baş nazir Dorin Reçan təklif etmişdi. O, Enerji Nazirliyinin prioritetlərini qeyd edərək deyib: “İlin sonuna qədər prioritetlər aydındır: bu, qaz və elektrik enerjisi tədarükündə sabitlik və proqnozlaşdırılmasını və ən əlverişli tarifləri təmin etmək üçün ölkənin enerji təhlükəsizliyini gücləndirməkdir".