Azərbaycanda ən az əhali yaşayan kəndlər - Siyahı

11:22 - 19.02.2025


19 fevral, Fineko/abc.az. Dahar, Keşxurd, Əlməkolu, Şələ – yəqin ki, böyük əksəriyyət bu kəndlərin adını eşitməyib. Onlar Azərbaycanda ən az əhali yaşayan kəndlərdən bir neçəsidir.

Bəs hazırda Azərbaycanda ən az əhalisi olan kəndlərin sayı neçədir?

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, əhalisi 5 nəfər və daha az olan 7 kənd var.

Belə ki, İsmayıllı rayonunun Gərzə və Pirəqanım kənlərində 1, Dahar və Keşxurd kəndlərinin hər birində 4, Neftçala rayonunun Kürdili kəndində 1, Qızqayıtlı kəndində 2, Ağsu rayonu Kövlüc kəndində 4, Xızı rayonunun Güneyqışlaq kəndində isə 5 nəfər yaşayır.