Daha bir ölkə OPEC+ alyansına qoşulacaq

11:31 - 19.02.2025


19 fevral, Fineko/abc.az. Braziliya çərşənbə axşamı, fevralın 18-də Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC), eləcə də müşahidəçi dövlətləri birləşdirən OPEC+ alyansına qoşulmaq qərarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, qərarı açıqlayan bu ölkənin mədən və energetika naziri Alexandre Silveyra bildirib ki, OPEC+-alyansına qoşulmaq qərarı ilə noyabrda Birləşmiş Millətlər Təşkilatının COP-30 konfransına ev sahibliyi edəcək Braziliyanın ətraf mühitlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək arasında heç bir ziddiyyət yoxdur.

“Bu, Braziliyanın enerji sənayesi üçün taleyüklü məqamdır, habelə dialoq və əməkdaşlıq tarixində yeni səhifə açır”, -deyə nazir bildirib.

Silveyra Milli Enerji Siyasəti Şurasının iclasına rəhbərlik etdikdən sonra deyib:

“Bu tədbir neft hasil edən ölkələrin strategiyalarını müzakirə etmək üçün bir forumdur. Biz neft istehsalçısı olmaqdan utanmamalıyıq”.