Azərbaycanda son aylarda dizel istehsalı 26 faiz artıb

11:45 - 19.02.2025


19 fevral, Fineko/abc.az. Azərbaycanda son aylarda avtomobil yanacağı olan dizel və benzin istehsalı yüksəlməyə başlayıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dizel istehsalının həcmi 2025-ci ilin yanvarında 225 min ton, benzin isə 124 min ton təşkil edib.

Dizelin istehsalı illik müqayisədə 26 faiz, benzinin isə 7 faiz artıb.

2024-cü ilin Avqustundan sonra indiyə qədər qeydə alınan ən yuxarı rəqəmdir.  Dizel istehsalının həcmi maksimum həddə olan 232 min təşkil etmişdi.

Ötən il Azərbaycan 1,254.8 min ton benzin, 2 061.9 min ton dizel istehsal edilib. Lakin ölkəyə xaricdən 262.43 min ton Aİ92 ($225.85 mln.) benzini idxal edilib.