ABC: Tasmaniya sahilinə 150-dən çox orka atılıb

11:46 - 19.02.2025


19 fevral, Fineko/abc.az. Avstraliyanın Tasmaniya ştatında 150-dən çox orka sahilə atılıb. 

ABC.AZ xəbər verir ki, bu barədə fevralın 19-da ABC telekanalı məlumat verib.

Tasmaniya parklar və yabanı təbiət xidmətinin nümayəndəsi Brendan Klarkın sözlərinə görə, çimərliyin uzaq yerləşməsi səbəbindən bütün orkaları xilas etmək çətin olacaq.
İlkin hesablamalara görə, onlar 24-48 saat dayazlıqda qalıblar. Hazırda heyvanların sahilə atılmasının səbəbi məlum deyil.